Almaniyanın "Bavariya" klubunun futbolçusu Jerom Boatenq model sevgilisi Kasiya Lenhardtdan ayrılıb.
Sportnet.az-ın "Bild"ə istinadən məlumatına görə, buna Lenhardtın Boatenqin maşını ilə qəza törətməsi səbəb olub. Müdafiəçi modeli şantajda ittiham edib.
Avtomobil qəzası yanvarın 5-də baş verib. Lenhardt maşını küçədəki işıq dirəyinə vurub və Berlindəki "Charite" klinikasına yerləşdirilib. Orada onun qanından alkoqol aşkarlanıb.
"Kasiya keçmiş sevgilim Rebekka və ailəmlə münasibətləri darmadağın edib və məni şantaj edib. Buna görə də yollarımızı ayırmağı qərara aldım" deyə 32 yaşlı futbolçu bildirib.
Lenhardt isə ayrılığa başqa səbəb göstərib: "Onunla münasibətlərimi yalan və daimi qeyri-dürüstlüyü üzündən pozdum".
Qeyd edək ki, Jerom Boatenq və Kasiya Lenhardt 15 aydır görüşürmüş.