
Futbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, 1/4 finalın cavab görüşündə "Səbail" "Sumqayıt"ı qəbul edib.
"ASCO Arena"dakı qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesab 20-ci dəqiqədə açılıb. "Sumqayıt"ın heyətində Rəhim Sadıxov penaltini dəqiq yerinə yetirib. 3 dəqiqə sonra Əli Qurbani fərqi iki topa çatdırıb. 90+6-cı dəqiqədə isə Əfran İsmayılov penaltidən təsəlli qoluna imza atıb.
"Sumqayıt" ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzmasına baxmayaraq yarımfinala yüksəlib. Komanda bu raundda "Qarabağ"la qarşılaşacaq. Ağdam klubu 1/4 finalın hər iki qarşılaşmasında "Qəbələ"ni məğlub edib - 3:1, 3:0. Yarımfinalın ilk oyunları aprelin 21-də, cavab qarşılaşmaları isə aprelin 29-də keçiriləcək.
Qeyd edək ki, 1/4 finalın digər oyunları fevralın 7-də olacaq. "Kəpəz" "Keşlə"ni, "Zirə" "Neftçi"ni qəbul edəcək. "Neftçi" və "Kəpəz" ilk görüşdə rəqiblərinə 0:1 hesabı ilə uduzublar.
-------------------------------------------
Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, 1/4 finalın ilk cavab matçında "Qəbələ" "Qarabağ"ı qəbul edib.
Qəbələ şəhər stadionunda keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın heyətində ilk qolu 6-cı dəqiqədə Maksim Medvedev vurub. Patrik Andrade 45+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. O, 48-ci dəqiqədə özünün ikinci komandasının üçüncü qoluna imza atıb.
İlk görüşdə rəqibini 3:1 hesabı ilə üstələyən "köhlən atlar" yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, günün digər matçında "Səbail" "Sumqayıt"la üz-üzə gələcək. İlk qarşılaşmada paytaxt klubu 1:0 hesablı qələbə qazanıb. Bu cürün qalibi yarımfinalda "Qarabağ"ın rəqibi olacaq.
1/4 finalın digər oyunları fevralın 7-də olacaq. "Kəpəz" "Keşlə"ni, "Zirə" "Neftçi"ni qəbul edəcək. "Neftçi" və "Kəpəz" ilk görüşdə rəqiblərinə 0:1 hesabı ilə uduzublar.
----------------------------------------
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə bu gün start veriləcək. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki matç keçiriləcək.
"Qəbələ" son ölkə çempionu "Qarabağ"ı qəbul edəcək. İlk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb. Meydan sahibləri mərhələ adlamaq üçün minimum 2 cavabsız qolla qalib gəlməlidir.
Günün digər matçında "Səbail" Bakıda "Sumqayıt"la üz-üzə gələcək. İlk qarşılaşmada qələbə qazanan paytaxt klubuna cavab görüşündə heç-heçə də kifayət edəcək.
Bu iki cütün qalibləri yarımfinalda bir-biriləri ilə görüşəcək.
Azərbaycan Kuboku
1/4 final mərhələsi
Cavab oyunları
15:00. “Qəbələ” – “Qarabağ” - 0:3
Qol: Maksim Medvedev, 6. Patrik Andrade, 45+4. 48.
İlk oyun - 1:3.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu, 15:00
18:00. “Səbail” – “Sumqayıt” - 1:2
Qol: Əfran İsmayılov, 90+6 (p) - Rəhim Sadıxov, 20 (p). Əli Qurbani, 23
İlk oyun - 1:0.
Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASCO Arena”.
Qeyd edək ki, 1/4 finalın digər oyunları fevralın 7-də olacaq. "Kəpəz" "Keşlə"ni, "Zirə" "Neftçi"ni qəbul edəcək. "Neftçi" və "Kəpəz" ilk görüşdə rəqiblərinə 0:1 hesabı ilə uduzublar.