
"Neftçi"nin əsas komandası ilə yanaşı, əvəzedici heyəti də hazırlığın ikinci mərhələsini Türkiyənin Antalya bölgəsində keçəcək. Sportnet.az-ın məlumatına görə, yanvarın 11-də 23 nəfərlik futbolçu heyəti ilə qardaş ölkəyə yollanacaq əvəzedici komandanın təlim-məşq toplanışı 2 həftəyədək davam edəcək.
Bu müddətdə "ağ-qaralar" bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Hazırlıq prosesi zamanı əvəzedici heyətin bir neçə futbolçusu əsas komandanın düşərgəsinə qoşulacaq.















































































