İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin futbolçusu Corcina Rodriges çılpaq fotolar çəkdirib.
Sportnet.az-ın məlumatına görə, Rodriges paltarsız görüntülərini şəxsi "Instagram" səhifəsində paylaşıb. İspaniyalı model özünü qadın çantası ilə gizlədib. O, fotolara "capre diem" ("anı tut") şərhini yazıb. Paylaşım bir sutkaya 2,5 milyon layk yığıb.
Qeyd edək ki, Corcina Rodriges Kriştianu Ronaldu ilə 2016-cı ildən münasibətdədir. Cütlüyün Alana Martina adlı qızı, habelə, Ronaldunun surroqat analardan üç övladı var. Futbolçu ilə modelin 2018-ci ildə nişanlandıqlarına dair xəbər yayılıb.