Ukraynanın "Dnepr" klubu müdafiə xəttini gücləndirib. Sportnet.az-ın məlumatına görə, 28 yaşlı braziliyalı futbolçu Ejicu bundan sonra Dneprepetrovsk klubunun şərəfini qoruyacaq.
UEFA Avropa Liqasının F qrupunda "Qarabağ"ın rəqibi olan klub müdafiəçi üçün Braziliyanın "Kruzerio" klubuna 3 milyon avro ödəyəcək.
Qeyd edək ki, Ejicu Belu Orizonti təmsilçisinin heyətində 106 oyuna 4 qol vurub.