
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, turun sonuncu matçında "Qarabağ" "Səbail"i qəbul edib.
"Azersun Arena"da keçirilmiş matç Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb.
Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xayme Romero 72-ci dəqiqədə cərimə zərbəsini dəqiq yerinə yetirib.
"Qarabağ" qələbə sayəsində xallarının sayını 33-ə yüksəldib və lider "Neftçi"yə çatıb.
Qeyd edək ki, günün digər oyunlarında "Qəbələ" evdə "Sumqayıt"ı, "Zirə" "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib. "Sabah" - "Keşlə" matçında isə qalib müəyyənləşməyib - 1:1.
---------------------------
Azərbaycan Premyer Liqasında XVII turun daha bir görüşü başa çatıb.
Sportnet.az-ın məlumatına görə, "Sabah" evdə "Keşlə" ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hər iki qol ikinci hissədə vurulub. Qonaqların heyətində 79-cu dəqiqədə Şəhriyar Əliyev, meydan sahiblərində isə 90+1-ci dəqiqədə Fofana Tiemoko fərqlənib.
Bu qələbədən sonra xallarını 15-ə çatdıran "Keşlə" 7-ci, "Sabah" isə sonuncu - 8-ci sırada qalıb.
Qeyd edək ki, günün ilk iki matçında "Qəbələ" evdə "Sumqayıt"ı, "Zirə" isə "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib. Tura hazırda davam edən "Qarabağ" - "Səbail" görüşü ilə yekun vurulacaq.
--------------------------
Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, çempionatın lideri "Neftçi" səfərdə "Zirə" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 67-ci dəqiqədə Davit Volkov vurub.
Gürcüstanlı hücumçu 77-ci dəqiqədə qonaq komandanın müdafiəçisi Tallisonun müdaxiləsindən sonra zədələnərək, meydanı xərəkdə tərk edib. Onun yerinə oyuna Musa Qurbanlı daxil olub.
Bu qələbədən sonra xalını 28-ə çatdıran "Zirə" 3-cü pillədəki mövqeyini qoruyub. "Neftçi" isə 33 xalla ilk sırada yer alır.
Qeyd edək ki, turun açılış matçında "Qəbələ" evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. Digər görüşdə "Sabah" "Keşlə" ilə qarşılaşır. Tura bu gün keçiriləcək "Qarabağ" - "Səbail" oyunu ilə yekun vurulacaq.
----------------------------
Azərbaycan Premyer Liqasında XVII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, turun açılış matçı Qəbələdə şəhərin eyniadlı komandası ilə "Sumqayıt" arasında keçirilib. Qarşılaşma Xocalı faciəsinin 29-cu ildönümü və "Sumqayıt" klubunun vitse-prezidenti Vaqif Ömərov dünyasını dəyişməsi ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Ceyms Adeniyi 50-ci dəqiqədə vurub.
Bu qələbə sayəsində xalını 21-ə çatdıran "qırmızı-qaralar" 4-cü yerdəki "Sumqayıt"la xal fərqini 2-yə endirib.
Qeyd edək ki, XVII turun digər matçında "Zirə" "Neftçi"ni qəbul edir. Həmin qarşılaşmada hesab açılmayıb. Bu gün həmçinin "Sabah" - "Keşlə" və "Qarabağ" - "Səbail" qarşılaşmaları da keçiriləcək.
-----------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XVII turun oyunları keçiriləcək.
Sportnet.az xəbər verir ki, turun bütün matçları eyni gündə gerçəkləşəcək.
Tura Qəbələdə start veriləcək. Şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edəcək. "Qırmızı qaralar" 18 xalla 5-ci, "gənclik şəhəri" təmsilçisi 23 xalla 4-cü yerdə qərarlaşıb. Komandalar indiyədək çempionatda 33 dəfə üz-üzə gəliblər. 19-da "Qəbələ", 4-də isə qonaqlar meydanı 3 xalla tərk edib. Topların fərqində də meydan sahiblərinin aşkar üstünlüyü var - 55:25. "Qırmızı qaralar" "Sumqayıt"a qarşı son 4 görüşdə meydanı qolsuz və xalsız tərk etməyib. Qəbələdəki son 3 matçda ən azı 2 qol vurulub.
Günün ikinci görüşündə 33 xalla lider olan "Neftçi" 25 xalla üçüncü sırada yer alan "Zirə"nin qonağı olacaq. Paytaxt təmsilçiləri arasında 20 Premyer Liqa oyununun 10-da meydan sahibləri, 4-də isə flaqman qələbə qazanıb. Topların fərqində də "qartallar" üstündür - 22:18. “Neftçi” "Zirə"yə qarşı son iki görüşdə qol vurmayıb və qələbə qazanmayıb. “Zirə” isə son üç ev matçında qapısını toxunulmaz saxlayıb.
Autsayderlərin duelində "Keşlə" və "Sabah" komandaları münasibətlərə aydınlıq gətirəcək. Hər iki komandanın 14 xalı var və 7-8-ci yerləri bölüşürdürürlər. Çempionatda keçirilmiş 8 matçın 4-də "Keşlə", 1-də isə meydan sahibi qələbəyə sevinib. Topların fərqində də qonaqları aşkar üstünlüyü var - 11:5. “Sabah” bu rəqibə qarşı 7 oyundur ki, qələbə qazana bilmir. “Keşlə” isə səfərdəki bütün matçlarda qol vurub və xal qazanıb.
XVII tura "Qarabağ" - "Səbail" qarşılaşması ilə yekun vurulacaq. Ağdam təmsilçisi 30 xalla 2-ci, paytaxt klubu isə 16 xalla 6-cıdır. Keçirilmiş 13 görüşün 11-də "köhlən atlar", 1-də isə "dənizçilər" 3 xal qazanıb. “Qarabağ” texniki nəticə nəzərə alınmasa, bütün oyunlarda qol vurub və xal qazanıb. “Səbail” səfərdə yalnız texniki nəticə ilə xal əldə edib.
Azərbaycan Premyer Liqası, XVII tur
25 fevral (cümə axşamı)
15:00. “Qəbələ” –“ Sumqayıt” - 1:0
Qol: Ceyms Adeniyi, 50
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Qəbələ şəhər stadionu.
16:00. “Zirə” – “Neftçi” - 1:0
Qol: Davit Volkov, 67
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Zirə İdman Kompleksinin stadionu.
17:30. “Sabah” – “Keşlə” - 1:1
Qol: Şəhriyar Əliyev, 79 - Fofana Tiemoko, 90+1
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Elçin Məsiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”
18:30. “Qarabağ” – “Səbail” - 1:0 (FASİLƏ)
Qol: Xayme Romero, 72
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rəhim Həsənov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Azersun Arena”.