Rusiya Premyer Liqasında XXVII turun "Alaniya" - "Tom" matçında qalmaqal baş verib.
Sportnet.az-ın məlumatına görə, 90+5-ci dəqiqədə qırmızı vərəqə alan meydan sahiblərinin baş məşqçisi Spartak Qoqniyev final fitindən dərhal sonra rəqib həmkarı Aleksandr Kerjakovla birgə kütləvi davada iştirak edib. Qoqniyev baş hakimlə sərt münaqişəyə də girərək, əli ilə onun qarnına vurub.
Bu fakt protokolda da əksini tapıb. Qoqniyevi böyük məbləğdə cərimə, həmçinin 6 aydan 2 ilədək futbol fəaliyyətinə qadağa gözləyir.
Qeyd edək ki, görüş 40-cı dəqiqədən sonra azlıqda qalan "Alaniya"nın qələbəsi ilə yekunlaşıb.