“Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışı keçən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, “Qəbələ”nin U-19 komandası ilə qarşılaşan milli 2:3 hesabı ilə məğlub olub. U-17-nin qollarını penaltidən Sənan Ağalarov və İbrahim Ağayarov vurub.
Tovuzda yığmanın son oyunu martın 2-də “Kəpəz”ə qarşı olacaq.