![](/uploads/posts/2021-03/medium/1614802908_neftci-sabah2.jpg)
Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun son matçında lider "Neftçi" autsayder "Sabah"la üz-üzə gəlib.
"Bakcell Arena"dakı matç "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesab 44-cü dəqiqədə açılıb. Namik Ələskərov meydan sahiblərini önə keçirib. Mirabdulla Abbasov 64-cü dəqiqədə fərqi iki topa çatdırıb. Matçda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə qonaqların müdafiəçisi Təmkin Xəlilzadə qoyub. Penaltidən fərqlənən futbolçu yekun nəticəni müəyyənləşdirib.
"Neftçi" qələbə sayəsində 36-cı xalını qazanıb və liderliyini qoruyub. "Sabah" isə 15 xalla sonuncu - 8-ci yerdə qalıb.
Qeyd edək ki, bu gün keçirilmiş "Sumqayıt" - "Zirə" matçında hesab açılmayıb. İlk oyun günündə baş tutan qarşılaşmalarda "Səbail" evdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib, "Qarabağ" isə "Qəbələ"nin qapısından 3 cavabsız top keçirib.
-------------------------
Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Zirə" Sumqayıtda eyniadlı komanda ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra xallarını 29-a çatdıran "qartallar" 3-cü pillədəki mövqeyini qoruyub. 24-cü xalını qazanan "Sumqayıt" isə 4-cü sırada qalıb.
Turun son matçı bu gün "Bakcell Arena"da "Neftçi" və "Sabah" komandaları arasında olacaq.
Qeyd edək ki, ilk oyun günündə baş tutan qarşılaşmalarda "Səbail" evdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib, "Qarabağ" isə "Qəbələ"nin qapısından 3 cavabsız top keçirib.
----------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, son oyun günündə də 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı təmsilçisi "Kapital Bank Arena"da "Zirə" ilə qarşılaşacaq. Bu oyun hazırda "Sumqayıt"ın sükanı arxasında olan Ayxan Abbasovun keçmiş komandasına qarşı növbəti sınağı olacaq.
Hazırda "gənclik şəhəri" təmsilçisi 23 xalla 4-cü, "qartallar" isə 28 xalla 3-cüdür. Bunadək ölkə çempionatında 21 dəfə üz-üzə gəlmiş komandaların duelində meydan sahibləri 6, qonaqlar 10 qələbə qazanıblar. 5 oyunda qalib müəyyənləşməyib. Topların fərqi də "Zirə"nin xeyrinədir - 21-29. Son 5 oyunda hər iki komanda qol vurub. "Sumqayıt" 4 matçdır uduzmur.
Turun son matçı "Bakcell Arena"da baş tutacaq. 33 xalla 2-ci sırada yer alan "Neftçi" 15 xalla autsayder olan "Sabah"ı qəbul edəcək. Bu, komandaların Premyer Liqada yubiley - 10-cu görüşü olacaq. Əvvəlki 9 qarşılaşmada "ağ-qaralar" rəqibini 8 dəfə məğlub edib. Bir oyun isə heç-heçə başa çatıb. Flaqman heç vaxt Masazır təmsilçisinə uduzmayıb. “Sabah” 4 matçdır qol vurmur və xal qazanmır.
Azərbaycan Premyer Liqası
XVIII tur
3 mart (çərşənbə)
16:00. “Sumqayıt” – “Zirə” - 0:0
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Vüqar Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”.
18:15. “Neftçi” – “Sabah” - 2:1
Qollar: Namik Ələskərov, 44. Mirabdulla Abbasov, 64 - Təmkin Xəlilzadə, 90+3 (penalti)
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Elçin Məsiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bakcell Arena”.
Qeyd edək ki, ilk oyun günündə "Səbail" evdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib. "Qarabağ" isə "Qəbələ"nin qapısından 3 cavabsız top keçirib.