Futbol üzrə Azərbaycan millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv Belarus yığması ilə qarşılaşacaq.
Görüş iyunun 2-də paytaxt Minskdəki Milli Olimpiya Stadionunda baş tutacaq. Oyunun saatı ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycan millisi mayın 27-də Alaniyada Türkiyə yığması ilə də yoldaşlıq matçı keçirəcək.