
"Sabah" klubu futbolçusu Ramil Şeydayevi əvəzedici heyətə göndərib.
Sportnet.az xəbər verir ki, 25 yaşlı hücumçu bu gün "Sabah-2"nin heyətində I Divizionun XVI turunda “Qaradağ Lökbatan”a qarşı ev matçında meydana çıxacaq.
Şeydayev əvəzedici komandanın start heyətində yer alıb.
Qeyd edək ki, qarşılaşma saat 15:00-da başlayacaq.