
DÇ-2022-nin seçmə mərhələsinin martda Cənubi Amerika zonasında keçirilməsi nəzərdə tutulan oyunları təxirə salınıb.
Sportnet.az xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) qərar qəbul edib.
Səbəb kimi oyunlarda iştirak edəcək cənubi amerikalı bütün futbolçuları vaxtında toplamağın qeyri-mümkünlüyü göstərilib.
Qeyd edək ki, Avropanın bir sıra aparıcı klubları koronavirus pandemiyası səbəbindən tətbiq edilən səyahət məhdudiyyətlərinə görə futbolçularını milli komandalara buraxmaq istəmir.