UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu ada Niderlandın "Ayaks" klubundan Duşan Tadiç, İngiltərə "Tottenhem"indən Harri Keyn, İspaniya "Qranada"sından Roberto Soldado və İtaliya "Roma"sından Lorentso Pelleqrini iddia edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.