1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mustafa Dənizli “Qalatasaray” iddialarına cavab verdi
"Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Mustafa Dənizli "Qalatasaray”a keçəcəyi ilə bağlı iddialara cavab verib. Sportnet.az-ın məlumatına görə, yerli "BUGÜN” qəzetinə danışan 65 yaşlı mütəxəssis İstanbul təmsilçisinin onun karyerasında böyük rol oynadığını deyib.
Dənizli fikrini belə izah edib: "Bu dünyaya ayaq basdığım camiyədən söhbət gedir. Mənim iki klubum var, biri "Altay”, digəri "Qalatasaray”. "Qalatasaray”da 8 il keçirmişəm. Özümüzü buralarda sübut etmişik. Əlbəttə ki, "Qalatasaray” mənim üçün çox önəmlidir. Xeyirlisi, görək necə olacaq”.
Qeyd edək ki, hazırdza Mustafa Dənizlinin "Qalatasaray"a baş məşqçi təyin olunması gündəmdədir. Bu məsələyə Türkiyə klubunun iyunun 15-dəki toplantısından sonra aydınlıq gətiriləcək . Əks halda, Dənizli "Xəzər Lənkəran"da idman direktoru postunu tuta bilər.