İspaniyanın "Real Sosyedad" klubu əvəzedici komandanın baş məşqçisi Xabi Alonso ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Daha əvvəl Alonsonun mövsümün sonunda Almaniyanın "Borussiya" (Mönxenqladbax) komandasına rəhbərlik edəcəyi yazılmışdı.
Qeyd edək ki, İspaniyanın "Real Madrid" və İngiltərənin "Liverpul" klublarında çıxış etmiş sabiq yarımmüdafiəçi məşqçilik karyerasına Madrid təmsilçisinin U-14 komandasında başlayıb. O, 2019-cu ildən "Real Sosyedad"da işləyir.