
Türkiyə Futbol Federasiyası (TFF) 3 hakimin koronavirusa yoluxduğunu açıqlayıb.
Sportnet.az TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, onlardan ikisi əsas, biri isə köməkçi referidir.
Adları açıqlanmayan şəxslər karantinə alınıb.
Daha əvvəl Superliqada "Hatayspor" - "Qalatasaray" matçının baş hakimi dəyişdirilib. Qarşılaşma Fırat Aydınusun yerinə Abdülkadir Bitigenə həvalə edilib.
Qeyd edək ki, aprelin 3-də keçiriləcək "Hatayspor" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.