"Çox təəssüf edirəm ki, qələbəni son dəqiqədə əldən verdik. Üç xalı itirməklə bərabər şansımızı da xeyli azaltmış olduq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri futzal üzrə Slovakiya millisinin baş məşqçisi Marian Berki evdə Azərbaycanla 1:1 hesablı heç-heçə etdikləri Avropa çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis nəticəyə görə məsuliyyəti öz üzərilərinə götürdüyünü bildirib: "Əsas səhv özümüzdədir. Çünki Drahovski əla şansı qaçırdı. Halbuki həmin anda qapıya düşə bilsəydi, 3 xalı biz qazanacaqdıq. Oyun planında yaxşı çıxış etdik. Azərbaycan millisinə Avropa çempionatının final mərhələsində uğurlar arzulayıram. Bizim şansımız isə son oyundakı nəticədən asılıdır”.