
“Rəqibimizin güclü olduğunu bilirdik. Çünki bu komandanın heyətində istedadlı, fərdi oyun keyfiyyətlərinə görə seçilən futzalçılar yer alıb".
Sportnet.az-ın məlumatına görə, bunu Yunanıstan millisinin baş məşqçisi Yannis Ziavas Bakıda Azərbaycan yığmasına 0:4 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə matçı barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis öz oyunlarını sərgiləməyə çalışdıqlarını bildirib: "İstədik ki, televiziya tamaşaçıları meydanda baxımlı futzal izləsinlər. Bacardığımızı etdik. Təbii ki, bu cür oyunlar bizim təcrübə toplamağımız baxımından vacib idi. Avropa çempionatının final mərhələsində Azərbaycan millisinə uğurlar arzulayırıq”.
Qeyd edək ki, Azərbaycan yığması 16 xalla qrup lideri, Yunanıstan isə 1 xalla qrup sonuncusu olub.