
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının təyinatları müəyyənləşib.
Sportnet.az xəbər verir ki, “Qarabağ” – “Sumqayıt” matçını FIFA referisi Əliyar Ağayev idarə edəcək.
“Zirə” – “Keşlə” görüşü isə digər FIFA referisi Elçin Məsiyevə tapşırılıb.
29 aprel (cümə axşamı)
17:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun - 0:0
20:00. “Zirə” – “Keşlə”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu
İlk oyun - 2:1