
"Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov "Zirə"ni 3:2 hesabı ilə məğlub etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda görüşü izləyənlər arasında olub.
Sportnet.az xəbər verir ki, funksioner görüş ərzində emosiyalarına hakim ola bilməyib.
O, futbolçulara məsləhətlər verir və onlar səhv edəndə əsəbiləşib. 90 dəqiqə ərzində "ikinci baş məşqçi" funksiyasını yerinə yetirən Axundov naməlum ünvana qeyri-etik ifadə də işlədib.
Qeyd edək ki, ilk görüşdə 1:2 hesabı ilə uduzan "Keşlə" finala yüksəlib. Komanda mayın 24-də həlledici görüşdə "Sumqayıt"la üz-üzə gələcək.