Futbol üzrə Avropa çempionatının D qrupunda II turun növbəti oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, ilk matçda qələbə qazanan İngiltərə Şotlandiya ilə üz-üzə gəlib.
Londondakı "Uembli" stadionunda gerçəkləşən qarşılaşmanı ispaniyalı hakim Antonio Migel Mateu Laos idarə edib. Görüş başladığı kimi qolsuz bərabərliklə bitib.
Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran İngiltərə Çexiya ilə birlikdə ilk iki pilləni bölüşdürür. Şotlandiya və Xorvatiyanın isə 1 xalı var.
--------------------------------------------------------
Futbol üzrə Avropa çempionatının D qrupunda II tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyunda qələbə qazanan Çexiya millisi Xorvatiya yığması ilə qarşılaşıb. Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılan görüş 1:1 hesabı ilə başa çatıb.
Matçda ilk qol 37-ci dəqiqədə vurulub. Penaltidən fərqlənən Patrik Şik çexiyalıları önə keçirib. Bu qol 25 yaşlı hücumçunu hələlik bombardirlər siyahısında birinci sıraya yüksəldib. Komandalar fasiləyə bu hesabla yollanıblar. Xorvatiya yığması ikinci yarının əvvəlindəcə tarazlığı bərpa edib. İvan Perişiç 47-ci dəqiqədə rəqibi məyus edib.
Bu heç-heçədən sonra xallarını 4-ə çatdıran Çexiya millisi ilk pillədəki yerini qoruyub. Xorvatiya isə 1 xalla üçüncüdür.
Qeyd edək ki, D qrupunun digər oyunu bu gün İngiltərə və Şotlandiya yığmaları arasında olacaq. Londondakı "Uembli" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
------------------------------
Futbol üzrə Avropa çempionatının E qrupunda II tura start verilib.
Sportnet.az-ın məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda İsveç və Slovakiya yığmaları üz-üzə gəliblər.
Matçın taleyini 1 qol həll edib. 77-ci dəqiqədə penaltidən fərqlənən Emil Forsberq skandinaviyalılara vacib qələbə qazandırıb.
Bu nəticədən sonra xallarını 4-ə çatdıran İsveç seçməsi liderliyə yüksəlib. 3 xalı olan slovakiyalılar isə ikincidir.
Qeyd edək ki, bu qrupun digər oyununda İspaniya və Polşa kollektivləri qarşılaşacaqlar. Sevilyada oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
----------------------------------
Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun növbəti 3 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, görüşlərdən ikisi D, biri isə E qrupunda oynanılacaq.
Günün ilk matçı E qrupunda İsveç və Slovakiya yığmaları arasında olacaq. Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Oyunu almaniyalı referi Marko Frits idarə edəcək. İlk turda Polşanı 2:1 hesabı ilə məğlub edən slovakiyalılar qalib gələcəyi təqdirdə 1/8 finala vəsiqəni təmin edəcəklər. Skandinaviyalılar isə qrupun ilk matçında İspaniya ilə qolsuz heç-heçəyə razılaşıb.
D qrupunda ilk turda İngiltərəyə minimal hesabla uduzan Xorvatiya seçməsi birinci oyunda Şotlandiyanı 2:0 hesabı ilə məğlub edən Çexiya yığması ilə qarşılaşacaq. Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park" stadionunda keçiriləcək görüşün baş hakimi ispaniyalı Karlos del Serro Qrande olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qələbə çexiyalıları pley-offa yüksəldəcək.
Bu qrupun digər matçında İngiltərə millisi Şotlandiyanı sınağa çəkəcək. Londondakı "Uembli" stadionunda gerçəkləşəcək görüşü ispaniyalı Antonio Migel Mateu Laos idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İngilislər bu görüşdə də qalib gələrsə, vaxtından əvvəl 1/8 finala adlayacaqlar.
Avropa çempionatı
D qrupu, II tur
20:00. Xorvatiya - Çexiya - 1:1
Qollar: İvan Perişiç, 47 - Patrik Şik, 37-penalti
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Qlazqo şəhərindəki "Hempden Park" stadionu
23:00. İngiltərə - Şotlandiya - 0:0
Baş hakim: Antonio Migel Mateu Laos (İspaniya)
London, "Uembli" stadionu
Xal durumu: Çexiya - 3, İngiltərə - 3, Xorvatiya - 0, Şotlandiya - 0
E qrupu
17:00. İsveç - Slovakiya - 1:0
Qol: Emil Forsberq, 77
Baş hakim: Marko Frits (Almaniya)
Sankt-Peterburq, "Sankt-Peterburq" stadionu
Xal durumu: Slovakiya - 3, İspaniya - 1, İsveç - 1, Polşa - 0