"Qarabağ" komandası təlim-məşq toplanışının ikinci hissəsi üçün Avstriyaya yollanıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektivi xaricdə 2 həftəlik hazırlıq prosesi keçirəcək. Həmçinin Ağdam təmsilçisi 3 yoxlama matçına çıxacaq.
"Qarabağ" iyulun 7-si MOİK (Sofiya, Bolqarıstan), iyulun 11-də "Arsenal" (Tula, Rusiya), iyulun 15-də isə "Auqsburq" (Almaniya) klubu ilə qarşılaşacaq.