
Topaz Premyer Liqasının 3-cü dövrəsinə "İnter"lə heç-heçə ilə başlayan "Sumqayıt" Futbol Klubu 2 günlük istirahəti başa vurub. Sportnet.az-ın məlumatına görə. komandanın bugünkü məşqində bütün futbolçular iştirak edib.
Üstəlik, baş məşqçi Aqil Məmmədov əvəzedici komandadan 2 futbolçu - Ramil Orucov və Aqil Güləhmədovu əsas heyətə cəlb edib.
Qeyd edək ki, "Sumqayıt" növbəti turda istirahət edəcək.









































































