
Bu gün AFFA-nın Məşqçilər Komitəsinin üzvləri klub nümayəndələri ilə növbəti görüş keçirib. Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, komitə üzvləri "Sumqayıt”ın prezidenti Kamran Quliyev və baş məşqçisi Aqil Məmmədov, "Ağsu”nun icraçı direktoru Rəşad Kərimov və baş məşqçisi Rüfət Quliyev, həmçinin AFFA-nın Texniki direktoru Bernhard Lippertlə bir araya gəlib.
Tərəflər müxtəlif mövzularda fikir mübadiləsi aparıblar.









































































