1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin 10-cu bombardiri
"Neftçi”nin çilili hücumçusu Nikolas Kanales Premyer Liqada yubiley – 30-cu qolunu vurub. Sportnet.az-ın məlumatına görə, 2012/13 mövsümündə vurduğu 26 qolla çempionatın bombardiri adını qazanan cənubi amerikalı cari mövsümdə 4-cü dəfə fərqlənməklə 30-a çatıb.
Kanales buna XIX turun AZAL-la səfər oyununda nail olub. Bununla da o, paytaxt təmsilçisinin tarixinə düşüb. Çilili "ağ-qaralar”ın Azərbaycan çempionatlarında çıxışları tarixində 30 və daha çox qol vuran 10 oyunçudan biri olub. Belə ki, 1992-ci ildən AZAL-la görüşədək yalnız 9 futbolçu "Neftçi”də 30-dan artıq qol vurmuşdu. Kanales bu siyahıya 10-cu kimi daxil olub.
1. Samir Ələkbərov – 99
2. Qurban Qurbanov – 66
3. Yunis Hüseynov – 58
4. Nazim Əliyev – 42
5. Bahodir Nasimov – 38
6. Nadir Nəbiyev – 37
7. Vadim Vasilyev - 32
8. Branimir Subaşiç – 31
9-10. Flavinyo – 30
Nikolas Kanales – 30
Qeyd edək ki, ümumilikdə çempionatlar tarixində 30 və daha çox qol vuran 76-cı bombardir olan Kanales Kamal Quliyev, Ceyhun Sutanov, Valter Quqlemon və komanda yoldaşı Flavinyo ilə eyni göstəriciyə malikdir. Bu 76 oyunçudan 17-si legionerdir. Nikolas əcnəbi futbolçular arasında məhsuldarlığına görə Quqlemon və Flavinyo ilə birlikdə 15-17-ci yerləri bölüşür.