Futbol veteranları arasında "Qarabağ Azərbaycandır!" şüarı ilə yoldaşlıq görüşü keçiriləcək.
Bu barədə Sportnet.az-a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib. Onun sözlərinə görə, qarşılaşma avqustun 6-da Su İdmanı Sarayının meydançasında təşkil olunacaq.
Saat 18:30-da başlanacaq görüşdə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, onun "Zirə"dəki həmkarı Rəşad Sadıqov, hazırda "Neftçi-2"yə rəhbərlik edən Mahmud Qurbanov, eləcə də Zaur Ramazanov, Samir Əliyev, Vəli Qasımov və digər tanınmış simalar iştirak edəcəklər.