"Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov "İnter"ə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XX tur qarşılaşmasını dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib.
Onun fikrincə, "ağ-yaşıllar"ın çıxışı tamaşaçıların da xoşuna gəlib: "Mübarizə apardıq. Güclü rəqibə qarşı oynadıq. "İnter”i qələbə münasibəti ilə təbrik edirəm. Bəli, bu gün uduzduq. Amma qələbəmiz də var. Bu, gənc oyunçuların təcrübə qazanmasıdır. Yaxın vaxtlarda 3 xal da qazanacağıq”.