
Fransanın PSJ klubunun futbolçusu Anxel di Mariya İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldunun Paris təmsilçisində oynamaq arzusundan danışıb.
Sportnet.az-ın məlumatına görə, argentinalı yarımmüdafiəçi "TyC Sports"a açıqlamasında 36 yaşlı hücumçunun bu komandanın formasını geyinməyi çox istədiyini bildirib.
Onun sözlərinə görə, portuqaliyalı forvard PSJ-də oynamaq üçün ölür: "Oyunçularımızın səviyyəsi inanılmazdır. Belə şeylər tez-tez olmur. Böyük futbolçular ən yaxşılarla oynamaq istəyirlər. Əlbəttə, Ronaldu da burada olmaq istəyərdi. Amma PSJ Messini aldı. Fikrimcə, bu, daha yaxşıdır".
Qeyd edək ki, Lionel Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb.