Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu indiyədək meydanda üz-üzə gəldiyi ən güclü futbolçunun adını açıqlayıb.
Sportnet.az "Daily Mail"ə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu britaniyalı tanınmış jurnalist Pirs Morqanla söhbətində Fransa PSJ-sində çıxış edən Lionel Messinin adını çəkib.
Ronaldu Morqana özünün isə ən yaxşı futbolçu olduğunu söyləyib.
Xatırladaq ki, təcrübəli forvard "Mançester Yunayted"lə 2+1 illik müqavilə imzalayıb. O, 2003 - 2009-cu illərdə də "qırmızı şeytanlar"da çıxış edib.