"Portuqaliyanın gücünü bilirik. Amma biz də qələbə üçün hər şeyi edəcəyik. Matça yaxşı hazırlaşmışıq. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Bakıda Portuqaliyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.
26 yaşlı yarımmüdafiəçi fərqli mövqelərdə oynamasının onun üçün problem yaratmadığını bildirib: "Əvvəllər də fərqli mövqelərdə çıxış etmişəm. Harada oynamağımdan asılı olmayaraq, komandama kömək etməyə çalışıram".
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək.