Yaponiya millisinin sabiq futbolçusu Keysuke Honda Litvanın "Suduva" komandasına keçidinin səbəbini açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi bunun iki məsələ ilə bağlı olduğunu bildirib.
Təcrübəli oyunçunun sözlərinə görə, birinci səbəb "Suduva"dan gələn təklifin onun üçün yeni çağırış olmasıdır: "İkincisi isə klubun iddiasıdır. "Suduva"nın da keçmiş komandam olan "Neftçi" kimi çempion olmaq şansı var".
Qeyd edək ki, Keysuke Honda "Neftçi"nin heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.