
Futbol üzrə braziliyalı üçqat dünya çempionu Pele yenidən müalicə olunduğu xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.
Sportnet.az xəbər verir ki, əfsanəvi hücumçunun hazırkı durumu barədə məlumat yoxdur.
Qeyd edək ki, Pele son zamanlar səhhətindəki bir sıra problemlərlə mübarizə aparır. Avqustun 30-da o, San-Pauludakı özəl klinikaya yerləşdirilib. Daha sonra 80 yaşlı əfsanəvi futbolçu sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. "Futbol kralı" sentyabrın 14-də xəstəxananın intensiv terapiya şöbəsindən palataya köçürülüb.