“Ağ-qara formada meydana çıxdığım ikinci oyunda qol hesabımı açdığım üçün çox xoşbəxtəm. Bu qolun komandamın qələbəsində rol oynaması məni ikiqat xoşbəxt edir".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Ramon Maçado evdə "Keşlə"yə 3:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Braziliyalı hücumçu qolları sıralamaq üçün öz üzərində daha çox çalışacağını bildirib: "Təkcə qollarımla deyil, oyunumla, ötürmələrimlə də faydalı olmaq istəyirəm. Komandamızın imza atdığı 3-cü qol epizodunda mən də fərqlənə bilərdim, amma həmin an daha əlverişli mövqedə olan Mirabdullaya ötürmə verdim. Nəticədə top rəqib futbolçudan İsmayıl Zülfüqarlıya qayıtdı ki, o da topu qapıdan keçirdi”.