Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün 2023-cü il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv E qrupundakı ikinci sınağında Danimarka yığmasını qəbul edib.
"ASK Arena"da oynanılmış qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 8:0. Qolların yarısı birinci, yarısı isə ikinci hissədə vurulub.
Azərbaycan ilk turda səfərdə Rusiya seçməsinə 0:2 hesabı ilə uduzub.
DÇ-2023, seçmə mərhələ
II tur
E qrupu
20:00. Azərbaycan - Danimarka - 0:8
Qollar: Siqna Brun, 3; 62. Stine Larsen, 11; 26; 60. Manə Mollayeva, 43 (avtoqol). Mille Geyl, 75. Emma Snerle, 76
Baş hakim: Zuzana Valentova
"ASK Arena".
Qeyd edək ki, Danimarka millisi 6 xalla E qrupuna başçılıq edir. Xalı olmayan Azərbaycan isə 6 komanda arasında 5-cidir.