Avropa Klublar Assosiasiyası (ECA) FIFA-nın dünya çempionatını 2 ildən bir keçirmək planlarından narahatdır.
Sportnet.az-ın məlumatına görə, bu barədə qurumun yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, ECA qitə futbol qurumunun ideyanı həyata keçirmək üçün apardığı piar kampaniyasını həyəcanla izləyir: "FIFA məqsədini gerçəkləşdirmək üçün beynəlxalq oyun təqvimində islahatlar aparmağa çalışır. Amma qurumun təklifi həm milli, həm də beynəlxalq miqyasda klub futboluna birbaşa və dağıdıcı təsir göstərəcək".
Xatırladaq ki, FIFA-nın qarşıdakı günlərdə dünya çempionatının 2 ildən bir təşkili ilə bağlı müzakirələrə başlayacağı gözlənilir. Daha əvvəl UEFA və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) bu ideyaya qarşı çıxıb.