"Çətinliklərimiz var. Erkən buraxdığımız qollar bizi çox çətin vəziyyətə salır". Sportnet.az-ın məlumatına görə, bunu "İnter"lə oyundan sonra "Bakı"nın baş məşqçisi İbrahim Uzunca deyib.
türkiyəli mütəxəssis bunları bildirib: "Sadəcə, qol epizodlarında səhvlərimiz var. Gənc oyunçuların yetişməsində bizə hər kəs köməklik etsin. Mən demirəm ki, bizim komandaya yardım etsinlər. Sadəcə, penalti epizodunda bir qədər diqqətli olsunlar. Düşünürəm ki, "İnter”in bizi məğlub etməsi üçün penaltiyə ehtiyacı yoxdur. Biz əziyyət çəkirik. Ardıcıl məğlubiyyətlər futbolçularıma pis təsir edir. Soyunub-geyinmə otağında ağlayırlar”.
Qeyd edək ki, "İnter" - "Bakı" qarşılaşması 4:0 hesabı ilə başa çatıb.