
"Neftçi" və "Qarabağ" çempionatımızdakı digər komandalardan seçilir. Evdə oynamağımıza baxmayaraq bizi çətin qarşılaşma gözləyir. Yaxşı hazırlaşmışıq".
Bu fikirləri Sportnet.az-a açıqlamasında "Səbail"in kapitanı Rahid Əmirquliyev Premyer Liqanın VI turunda evdə "Neftçi"yə qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.
31 yaşlı yarımmüdafiəçi sərfəli nəticə üçün əllərindən gələni edəcəklərini bildirib: "Ardıcıl iki görüşdə məğlub olmuşuq. "Neftçi" oyunun favoritidir, ancaq favorit komanda həmişə qələbə qazanmır".
Əmirquliyev V turda "Zirə"yə 1:2 hesabı ilə uduzduqları görüşdə 422-ci matçına çıxmaqla 421 oyunda iştirak edən Mahmud Qurbanovu arxada qoyub.
2003/2004 mövsümündə "Şahdağ"da debüt edən yarımmüdafiəçi yaşının azaldılması iddialarına da cavab verib: "Demək olar ki, həmin vaxt 14 yaşım var idi. O vaxt "Şahdağ"da gənc tək mən deyildim. Mənimlə bərabər başqa cavan uşaqlar da var idi. Bundan sonra nə qədər oynayacağımı heç kim dəqiq deyə bilməz. Klubla bir illik müqaviləm var. Mövsümün sonunadək komnadaya faydalı olmağa çalışacağam. Ondan sonra necə olacağını biləcəyik. Hazırda özümü yaxşı hiss edirəm və oynamağa gücüm var".