
Fransanın "Marsel" klubunun keçmiş prezidenti Bernar Tapi 78 yaşında vəfat edib.
Sportnet.az-ın "RMC Sport"a istinadən məlumata görə, ölümə mədə xərçəngi səbəb olub.
Tapi "Marsel"ə 1986 - 1993-cü illərdə rəhbərlik edib. Onun dövründə klub 4 dəfə Fransa çempionu olub və 1992/1993 mövsümündə Çempionlar Liqasını qazanıb.