İngiltərənin "Mançester Siti" klubu Premyer Liqanın VII tur oyunu zamanı məşqçisinə "Liverpul" azarkeşlərindən birinin tüpürməsi ilə bağlı şikayət edib.
Sportnet.az-ın məlumatına görə, hadisə "şəhərlilər"in 69-cu dəqiqədə bərabərlik qolunu vurmasından sonra baş verib. Mançester komandası epizodu video-kameraların qeydə aldığına əmindir.
Şikayətdən xəbərdar olan "Liverpul" klubu isə təfərrüatı aydınlaşdırmaq üçün daxili araşdırmaya başlayıb.
Qeyd edək ki, görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.