
“Keşlə” komandası cari mövsümdə ilk dəfə qapısını toxunulmaz saxlayıb.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, qəsəbə təmsilçisi Premyer Liqada VI turun “Sabah”la ev oyununda 2:0 hesabı ilə qalib gəlib.
Klubun qapıçısı Stanislav Namaşko isə çempionatda 30-cu "quru oyun"unu keçirib. 103-cü matça çıxan moldovalı qolkiper bu görüşlərdə 126 top buraxıb.
Namaşko Azərbaycan çempionatlarında 30 və daha çox quru oyun keçirən 39-cu qapıçı, 9-cu legionerdir.