Venesuela millisinin 24 qadın futbolçusu baş məşqçi Kennet Şeremetanı seksual zorakılıqda ittiham ediblər.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın oyunçusu Deyna Kastellanosun dərc etdiyi bəyanatda bildirilir.
"Biz, Venesuela millisinin futbolçuları zorakılıq situsiyasının, habelə fiziki, psixoloji və cinsi zorakılığın qarşısını almaq üçün sükutu pozmağa qərar verdik. Ötən il komanda yoldaşlarımızdan biri 14 yaşında Şeremetanın təcavüzünə məruz qaldığını etiraf etdi. Alçaltma hərəkətləri məşqçi qovulanadək davam etdi" deyə o vurğulayıb.
Şeremetanın digər qadın futbolçulara qarşı da zorakılıq etdiyi, qonaq çağırdığı, hədiyyə verdiyi, masaj təklif etdiyi və digər anlaşılmaz hərəkətlərə yol verdiyi bildirilir.