
"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisində növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi yığmanın Liberiyaya 2:1 hesabı ilə qalib gəldiyi 2022-ci il dünya çempionatının seçmə matçında iştirak edib.
Start heyətdə meydana çıxan oyunçu 63-cü dəqiqədə əvəzlənib.