
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda A qrupundakı 3-cü sınağında Finlandiya ilə üz-üzə gəlib.
Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşdə ilk qolu 75-ci dəqiqədə qonaqların futbolçusu Daniel Hokans vurub. 66-cı dəqiqədə finlandiyalıların heyətində Terri Ablade ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 87-ci dəqiqədə isə hesab bərabərləşib. Rauf Hüseynli tarazlığı bərpa edib.
Bu nəticədən sonra ilk xalını qazanan Azərbaycan millisi 5-ci pillədəki yerini qoruyub. Xallarını 4-ə çatdıran Finlandiya seçməsi isə 4-cü sırada qərarlaşıb.
Qeyd edək ki, qrupun digər matçlarında Xorvatiya Norveçi 3:2, Avstriya isə Estoniyanı 4:0 hesabı ilə məğlub edib.
--------------------------------------
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda A qrupundakı 3-cü sınağında Finlandiya ilə üz-üzə gələcək.
Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılacaq qarşılaşma saat 20:30-da başlayacaq. Matçı Belarusdan olan FIFA referisi Viktor Şimusik idarə edəcək.
Azərbaycan millisi qrupda keçirdiyi ilk iki görüşdə Xorvatiya və Avstriyaya məğlub olub. Yığma hazırda sonuncu - 5-ci pillədə qərarlaşıb. Finlandiya isə 3 xalla 4-cüdür.
Avropa çempionatının seçmə mərhələsi
8 oktyabr
20:30. Azərbaycan – Finlandiya - 1:1
Qollar: Rauf Hüseynli, 86 - Daniel Hokans, 75
Qırmızı vərəqə: Terri Ablade, 66 (Finlandiya)
Baş hakim: Viktor Şimusik (Belarus)
Sumqayıt. “Kapital Bank Arena”
Xal durumu: Xorvatiya - 9, Norveç - 6, Avstriya - 6, Finlandiya - 4, Azərbaycan - 1, Estoniya - 0
Qeyd edək ki, qrupun digər matçlarında Xorvatiya Norveçi, Estoniya Avstriyanı qəbul edəcək.