1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Andrey Popoviç "Simurq"un qapıçısını geridə qoydu
Topaz Premyer Liqasının 22-ci turu "Simurq”un qapıçısı Pavel Kapsanın "quru” seriyasının qırılması ilə əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, 2015-ci ilin əvvəlki 3 oyununda qol buraxmayan polşalı "Qarabağ”la matçın 21-ci dəqiqəsində topu qapısında görüb.
Reynaldo Silvanın qoluna qədər "Xəzər Lənkəran” (2:0), "Neftçi” (0:0) və "Qəbələ” (2:0) ilə qarşılaşmalarda qapısını toxunulmaz saxlayan Kapsanı sonuncu dəfə "Bakı” məyus etmişdi. Ötən il dekabrın 22-dəki matçın (5:2) 70-ci dəqiqəsində Nurlan Novruzov fərqlənmişdi. Pavel 311 dəqiqədən sonra qol buraxıb.
Kapsanın seriyası qırıldıqdan sonra 2015-ci ildə qol buraxmayan yeganə komanda "Sumqayıt”dır. Andrey Popoviç "İnter”, "Bakı” və AZAL-la görüşlərdə qapısını toxunulmaz saxlamaqla 0:0 hesablı heç-heçələrdə rol oynayıb. 18-ci turun "Qarabağ”la matçında (0:2) iştirak etməyən qolkiper sonuncu dəfə ötən il dekabrın 18-də "Qəbələ” ilə görüşdə (1:1) qapısında qol görmüşdü. Cavid Hüseynovun 86-cı dəqiqədəki qolundan sonra Popoviç 274 dəqiqəlik "quru” seriyaya malikdir.
Qeyd edək ki, mövsümün rekordu Səlahət Ağayevə məxsusdur. "İnter”in qapıçısı qapısını 535 dəqiqə toxunulmaz saxlayıb.