
Qəbələdə təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün sonuncu yoldaşlıq oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Qırğızıstan yığması ilə qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Xatırladaq ki, bu komandalar arasında oktyabrın 8-də keçirilmiş ilk görüş də heç-heçə (1:1) nəticələnmişdi.