UEFA Gənclər Liqasının I təsnifat mərhələsində "Qəbələ"nin Niderlanda AZ ilə keçirəcəyi cavab oyununun hakimləri bəlli olub.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.
Referi Dario Belə Maryan Tomas və Kruno Sariç köməklik göstərəcək. Dördüncü hakim niderlandlı olacağından, hələlik açıqlanmayıb.
Qeyd edək ki, oktyabrın 19-da oynanılacaq AZ - "Qəbələ" görüşü Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Qəbələdəki ilk görüşdə Niderland klubu 4:0 hesablı qələbə qazanıb