
“Neftçi” Premyer Liqada I dövrənin son oyununa hazırlığını davam etdirir.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” ilə yoxlama matçının (1:1) ertəsi bərpa məşqi edən komanda birgünlük fasilədən sonra - oktyabrın 12-də hazırlığa başlayıb.
Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqdə əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib. Hazırlıq prosesində milli komandaların düşərgəsinə yollanmışlardan başqa bütün futbolçular iştirak ediblər.
Qeyd edək ki, oktyabrın 17-də "Kapital Bank Arena"da keçiriləcək “Sumqayıt” – “Neftçi” matçı saat 16:30-da başlayacaq.