"Səbail" futbol klubunda koronavirusa yoluxma qeydə alınıb.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, əsas komandanın administratoru Elvin Həşimovun testi müsbət nəticələnb.
O, bu səbəbdən karantinə alınıb. Klubdakı digər şəxslərin testi mənfi çıxıb.
Qeyd edək ki, "Səbail" bu gün Azərbaycan Premyer Liqasının VII turunda "Keşlə"ni qəbul edəcək. Qarşılaşma saat 15:00-da başlayacaq.