"Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın VII tur matçından sonra mətbuat konfransında Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Milan Obradoviçin gənc oyunçu limitinin sayının artırılması və fiziki hazırlığın aşağı olması barədə fikirlərinə də reaksiya verib. Sportnet.az 39 yaşlı mütəxəssisin açıqlamalarını təqdim edir...