Koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi "Neftçi" və "Zirə" komandaları arasında Azərbaycan Premyer Liqasının VIII tur oyunundan əvvəl anılıb.
Sportnet.az-ın məlumatına görə, flaqmanın təşəbbüsü ilə matçın başlamasına 15 dəqiqə qalmış "Bakcell Arena"nın tablolarında Əşrəfoğlunun həyat yolundan bəhs edən sujet nümayiş olunub.
Qarşılaşma isə saat 18:15-də 1 dəqiqəlik sükutla start görtürüb.
Xatırladaq ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb. O, oktyabrın 19-da müalicə olunduğu xəstəxanada vəfat edib.